send link to app

1yolda app for iPhone and iPad


4.0 ( 1440 ratings )
Travel
Developer: Elnur Hajiyev
Free
Current version: 1.0, last update: 7 years ago
First release : 08 Mar 2017
App size: 36.07 Mb

1YOLDA NƏDİR?
1Yolda eyni istiqamətə getmək istəyən yolçuları vahid məkanda birləşdirən gediş paylaşım şəbəkəsidir. Bu platformadan/tətbiqdən istifadə etməklə, siz sizinlə 1Yolda gedən yolçuları taparaq səyahətinizi daha əylənəcəli hala gətirməklə yanaşı, gediş xərclərinizi minimuma endirəcəksiniz.

1YOLDA TƏTBİQİ MƏNƏ NECƏ YARARLI OLACAQ?

SƏRNİŞİNLƏR:

Tutaq ki, siz, bu gün istirahət üçün Bakıdan Qəbələyə getmək istəyirsiniz, lakin avtobus komfortu sizi qane etmir və bu istiqamətdə təklif olunan taksi qiymətləri də büdcənizə uyğun deyil. Məhz bu anda sizin köməyinizə 1Yolda gəlir. 1Yolda platformasında axtarış etməklə, siz, avtomobili olan və sizinlə eyni istiqamətdə gedən insanları asanlıqla tapacaqsınız. Gediş xərclərinizi sürücü və sizinlə eyni istiqamətdə gedən digər sərnişinlərlə bölüşməklə büdcənizə qənaət etməklə yanaşı, öz istəyinizə uyğun gediş (məs. yalnız qadınlar üçün gedişlər), sürücü (məs. siqaret çəkməyən sürücü) və komfortunuza uyğun avtomobil (lüks, ekonom və s.) seçə biləcəksiniz.

SÜRÜCÜLƏR:

Tutaq ki, bu gün siz avtomobilinizlə uzun yol getməlisiniz, amma bu uzun yolu təklikdə getmək sizə sıxıcı gəlir və avtomobilinizin yanacaq xərcləri sizə baha başa gəlir. Bu zaman, siz, 1Yolda platformasında öz gedişinizi paylaşaraq, sizinlə eyni istiqamətdə getmək istəyən, avtomobili olmayan insanlarla öz xərclərinizə bölüşməklə yanaşı, öz seçimlərinizə uyğun (məs. siqaret çəkməyən) yol yoldaşı taparaq səyahətinizi yadda qalan təcrübəyə çevirəcəksiniz.

TƏTBİQDƏN NECƏ İSTİFADƏ ETMƏK OLAR?

SƏRNİŞİNLƏR ÜÇÜN:

Tətbiqə daxil olub qeydiyyatdan keçdikdən/hesabınıza daxil olduqdan sonra, gediş axtarmaq üçün ana səhifədə yerləşən "Gediş tap" düyməsinə basaraq, tələb olunan xanalara hazırda olduğunuz və gedəcəyiniz yeri gediş tarixinizlə birgə daxil edib “Gediş axtar” düyməsinə basın. Yeni açılan səhifədə qeyd etdiyiniz tarix və marşrut üzrə bütün təklif olunan gedişlər sizə təqdim olunacaq. Əgər gediş tarixinizi dəqiq bilmirsinizsə, getmək istədiyiniz gediş tarixi xanasını boş qoyub “Gediş axtar” düyməsinə basın, bu zaman müvafiq istiqamətdə bütün tarixlər üçün gedişlər sizə təqdim olunacaq.

*Nəticələrin dəqiq olması üçün çalışın ki, şəhər və ya ünvanı təklif olunan nəticələrə uyğun yazasınız.

SÜRÜCÜLƏR ÜÇÜN:

Tətbiqə daxil olub, qeydiyyatdan keçdikdən/hesabınıza daxil olduqdan sonra, sol menyu panelindən "Avtomobilim" bölümünə daxil olun və sahib olduğunuz avtomobilin detallarını daxil edin. Daha sonra sol menyu panelindən "Gediş təklif et" bölümünə daxil olub marşrut detallarınızı yola düşmə tarixi ilə birgə daxil edib "Tamamla" düyməsinə basın. Sizinlə 1Yolda getmək istəyən sərnişin gedişinizi rezerv edən kimi e-mail bildirişi alacaqsınız.


Platformamızla bağlı sual, şikayət və təkliflərinizi [email protected] elektron poçtuna göndərməklə, xidmət səviyyəmizi artırmağımızda bizə yardımçı ola bilərsiniz.